Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obamanın gizli Suriya planı
Tarix: 28-05-2016 | Saat: 12:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Obamanın gizli Suriya planı

Suriyanın şimalı kürdlərə, mərkəzi sünni müsəlmanlara, Latakiya bölgəsi isə Bəşər Əsəd qanadı olan ələvi ərəblərə veriləcək.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Suriyada İŞİD-ə qarşı əməliyyatlara qatılan ABŞ əsgərlərinin formalarına YPG (PKK-nın Suriya qanadı PYD-nin silahlı qolu – red.) nişanları taxmasını şərh edərkən Yaxın Şərq üzrə mütəxəssis Əli Semin deyib.

Türkiyəli analitikin sözlərinə görə, ABŞ regiondakı gücünü itirməmək üçün YPG-yə dəstək verir:

“Türkiyənin ABŞ-ın diplomatik müttəfiqi olmasına baxmayaraq, rəsmi Ankara əleyhinə bəzi həmlələr etməsi çoxlarını düşündürür. Bu, ABŞ-ın illərdir davam edən siyasətidir. Yəni regiondakı dövlətlərdən kim ABŞ-a xidmət edirsə, ona dəstək verirlər. YPG İŞİD-ə qarşı mübarizə apardığı üçün ABŞ tərəfindən dəstəklənir. Obama prezident postunu tərk etmədən öncə Rakkanı (hazırda İŞİD-in nəzarətindədir – red.) YPG-yə verib, Rusiyaya qarşı bölgədəki gücünü qorumaq istəyir. Nəticədə, qarşıdakı aylarda keçid Suriya hökumətinin, iki ilə qədər isə Federativ Suriya Respublikasının qurulması gündəmdə olacaq. Suriyanın şimalı kürdlərə, mərkəzi sünni müsəlmanlara, Latakiya bölgəsi isə Əsədin qanadı olan ələvi ərəblərə veriləcək”.

Qeyd edək ki, Suriyanın Rakka şəhərində İŞİD-ə qarşı əməliyyatlara qatılan ABŞ əsgərlərinin formalarında YPG-nin nişanlarını daşıyan şəkilləri sosial şəbəkələrdə yayılıb. ABŞ rəsmiləri əsgərlərin bu hərəkətinin qəbuledilməz olduğunu və tezliklə səhvin düzəldiləcəyini açıqlayıblar.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___