Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə 3 ədəd "Qrad" raketi tapıldı
Tarix: 27-05-2016 | Saat: 21:13
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər

Tərtərdə 3 ədəd "Qrad" raketi tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağcabədi və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 27-də 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 23 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (3 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 41 175 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 7 500 kv.m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 2 ev və həyətyanı sahədə 11 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 18 000 kv.m ərazi yoxlanılıb (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi - 1 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, nəticə etibarilə 15 000 kv.m ərazi yoxlanılıb (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 675 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 27 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 531 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 464 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___