Çin alimləri Tarix İnstitutunda
Tarix: 27-05-2016 | Saat: 19:30
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Mayın 26-da Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda olub.
"Xəbəraz.az " xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb, qonaqlara Tarix İnstitutunun uğurlarından danışıb.
Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib və qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub.
Daha sonra ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin “Avropa və Mərkəzi Asiya” bölməsinin müdiri Tszin Çje, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, tarixçi-alimlər Cəbi Bəhramov, İradə Bağırova və başqaları çıxış ediblər.
Xəbəri paylaş
7468 dəfə oxunub.
Digər xəbərlər

29-05-2016, 18:57
Rusiya qırıcıları bu ölkənin sərhəddinə yan aldı
12-08-2017, 18:45
İlham Əliyev sərəncam verdi
19-02-2016, 16:44
ATV-də dava düşdü, Zaur qonağı verilişdən qovdu — QALMAQAL
2-02-2016, 16:10
Tank İŞİD-çini belə parçaladı - VİDEO
29-08-2016, 18:06
Sevda yeni doğulmuş körpəsi ilə - FOTO
25-01-2016, 10:05
“Kiçik çilə” niyə soyuq olur?
16-04-2016, 23:49
Lənkəranda ağır qəza: Piyada vuruldu
1-08-2017, 16:50
"Qarabağ" yeni tarix yaza biləcək?
11-10-2017, 10:45
Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı - TƏFƏRRÜAT
15-07-2016, 16:45
“Kara Sevda“ daha bir uğur qazandı