Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi
Tarix: 27-05-2016 | Saat: 18:16
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşların qəbulunu keçirib.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Saatlı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyət də olan evlərin təmiri və FHN-in fəaliyyəti ilə əlaqəli digər məsələlərlə bağlı olub.

Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinə baxılıb, həlli yerində mümkün olan bəzi müraciətlər operativ həllini tapıb, bir sıra məsələlərlə bağlı isə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___