Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada ağır qəza: Ölən və yaralanan var
Tarix: 27-05-2016 | Saat: 02:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Zaqatalada ağır qəza: Ölən və yaralanan var
Zaqatalada mikroavtobus və minik maşının toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə mayın 26-ı axşam saat 19:30 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi “Moskviç-412” markalı minik avtomobili ilə hələlik şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi “Mercedes-Vita” markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Qəza nəticəsində “Moskiviç” markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Hədis oğlu Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. “Moskviç”in sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Mikroavtobusun sürücüsü xəsarət almayıb.

Zaqatala RMX-dan bildirilib ki, yaralı İbrahim İbrahimli xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

1 0278 dəfə oxunub.

Digər xəbərlər
7-12-2015, 11:27 Siz necə yatırsınız?

bütün xəbərlər
____ Instagram ___