İrəvan təxribatçı əməllərlə məşğuldur - XİN
Tarix: 26-05-2016 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Axar.az-a bildirib ki, öz fəaliyyət xarakteri daşıyan bu qərəzli səfər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir:
"Bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduqlarını bir daha göstərir.
Təəssüflər olsun ki, rəsmi İrəvan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur.
Sözügedən qanunsuz və təxribatçı səfər ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı ifadə edəcəkdir".
H.Hacıyev deyib ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir.
Xəbəri paylaş
5648 dəfə oxunub.
Digər xəbərlər

14-11-2016, 14:00
6 yaşlı uşaq həbsdə olan atasına aparılan turşudan zəhərlənərək ölüb
7-11-2019, 11:50
26 yaşlı gənc narkotikdən öldü
1-11-2016, 16:26
Rafət Bakıya gəlir
26-11-2016, 09:58
Erməni təxribatı: Atəşkəs pozuldu
22-10-2017, 17:35
Azərbaycan ordusunun əsgəri şəhid olub
17-01-2016, 20:59
Türkiyəli müğənni Doğuş prezident Rəcəb Tayyib Ərdoğan hədiyyə - FOTO
21-06-2017, 11:53
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib - FOTO
5-11-2016, 01:48
İŞİD uşaq-kamikadzelər hazırlayır - BMT
5-12-2017, 15:56
Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edildi-YENİ TƏYİNAT
31-05-2019, 12:27
Azərbaycan Ordusunun şəhid olan mayoru dəfn edildi-Fotolar