Səfirimiz Berlində Metsamor təhlükəsindən danışdı - Foto
Tarix: 24-05-2016 | Saat: 23:41
Bölmə:Karusel / Gündəm / Dünya / M2 | çapa göndər
Mayın 23-də Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşü olub.
Axar.az xəbər verir ki, Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzinin direktoru, professor Luts Mets tədbirin məqsədi barədə məlumat verib.
Sonra səfir Pərviz Şahbazov “Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu” mövzusunda təqdimatla məruzə edib.
Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsindəki rolundan danışıb. O, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, ölkəmizin balanslaşdırırlmış xarici siyasəti və multikultural ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın “Cənub” qaz dəhlizi”nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən “Şah-Dəniz 2”, Cənubi Qafqaz boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrin icrasının cari vəziyyətinə dair məlumatlandırıb.
Diplomat, eyni zamanda, regionda inkişaf və əməkdaşlıq, o cümlədən enerji layihələri üçün təhlükə törədən amillər barədə məlumat verib. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid olduğunu vurğulayıb. Pərviz Şahbazov Ermənistandakı Metsamor AES-in region üçün təhlükə olduğunu və Ermənistandan nüvə materialları qaçaqmalçılığının yaratdığı real təhdidlər barədə danışıb.
Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

20-02-2017, 19:57
Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı məktəbin təşkilatçılığı ilə “ Dini Radikalizm Bəşəri Cinayətdir” adlı tədbir keçirilib
10-12-2016, 21:57
Bakıda qadın özünü 19-cu mərtəbədən atdı
7-06-2016, 18:56
Almaniyada qaçqın yataqxanası yandırıldı
14-05-2016, 15:47
Baş nazirin 1-ci müavininə ağır itki
2-07-2017, 22:51
Kirayə ev axtarırsız? - Ucuzlaşma var+Video
20-09-2017, 09:37
Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"
27-08-2017, 09:41
“Beşiktaş” Azərbaycana gəlir
23-07-2016, 14:21
Münhen faciəsindən dəhşətli görüntülər - FOTOLAR
14-01-2016, 14:10
İstanbul terrorçusunun anası erməni imiş