Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamiyyə Rza: “ANS-dən buna görə getdim”
Tarix: 24-05-2016 | Saat: 18:14
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

İlhamiyyə Rza: “ANS-dən buna görə getdim”

Düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm.

Axar.az xəbər verir ki, bu sözləri teleaparıcı İlhamiyyə Rza xeber365.com-a müsahibəsində deyib.

Onun sözlərinə görə, ANS telekanalında “Nəzər nöqtəsi” proqramının dayanmasına səbəb reytinq tələb edilməsi olub:

“Buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür.

Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, orada işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində, özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman “iqnor” etmək olar ki, sən bütün hallarda dövlət dotasiyasındasan. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan. Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, burda məndən reytinq tələb etməsi ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə “get” deyən olmadı, sadəcə, mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək, ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açmayan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər, yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil”.

Xatırladaq ki, İlhamiyyə Rza bu gün ANS-dən getdiyini bildirib.


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
29-06-2017, 15:09 Mosul şəhəri azad edildi

bütün xəbərlər
____ Instagram ___