Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Antibiotiklər yaddaşı necə pozur? — DİQQƏT
Tarix: 23-05-2016 | Saat: 23:40
Bölmə:Karusel / Səhiyyə / Fotogalereya | çapa göndər

Antibiotiklər yaddaşı necə pozur? — DİQQƏT6
Bağırsaqda yaranan problemlər yaddaşın pozulmasına səbəb olurmuş

Molekulyar Tibb Mərkəzinin apardığı araşdırmaların nəticələrinə görə, antibiotiklə uzun müddətli müalicə bağırsaqlarda bakteriyaların məhvinə səbəb olur və beyində yeni hüceyrələrin yaranmasını ləngidir. Bu da öz növbəsində yaddaşın pozulmasına gətirib çıxarır. Bu həzm sistemi ilə baş beyinin mikroflorası arasında qarşılıqlı əlaqənin olmasını bir daha sübut edir.

Alimlər sınaqlarda istifadə etdikləri siçanlara ilk yeddi həftə ərzində adi su içiriblər. Bundan sonrakı müddətdə suya antibiotiklər əlavə olunub, heyvanların beynində emosiyaların yaranması və qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsinə xidmət edən sinir hüceyrələrinin azalması müşahidə olunub.

Sınaqlar nəticəsində siçanların yaddaşının kəskin şəkildə zəiflədiyi aşkarlanıb. Alimlər bu nəticəni bağırsaq bakteriyalarının mərkəzi sinir sisteminin inkişaf etməsinə təsir göstərməsi ilə əlaqələndirirlər.

Bundan əlavə, araşdırmalar nəticəsində məlum olub ki, fiziki çalışmalar və 8 növ bakteriyadan ibarət probiotiklərlə müalicə siçanlarda yeni hüceyrələrin yaranmasını sürətləndirir və yaddaşı gücləndirir.

Tədqiqatçıların fikrinə görə, bu elmi tapıntı həzm traktında mikroorqanizmlərin tərkibini tənzimləməklə psixi sağlamlığı yaxşılaşdırmağa kömək edəcək.

Hələlik qısa müddətli antibiotik müalicəsinin yaddaşa təsiri barədə danışmaq tezdir, lakin alimlər hesab edirlər ki, bəzi probiotiklər uzun müdədtli antibiotik müalicəsi alan xəstələrin səhhətinə müsbət təsir göstərəcək.


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___