Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beş ölkə İlham Əliyevi təbrik etdi
Tarix: 23-05-2016 | Saat: 22:32
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Beş ölkə İlham Əliyevi təbrik etdi
19:00

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.


"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı Polşa xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ölkənizə, vətəndaşlarınıza və şəxsən Zati-alinizə firavanlıq diləyirəm.

Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlığa dair yeni Razılaşmanın regionda və qitədə sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə xidmət edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni mərhələ olacağına əminəm.

Ölkələrimizin hərtərəfli əməkdaşlığının uğurlu inkişaf perspektivlərini nəzərə alaraq, iqtisadi əlaqələrlə yanaşı, mədəni, elmi və gənclər arasında münasibətlərin dərinləşməsinin vacib olduğunu düşünürəm. Bu əlaqələr illərdən bəri dostluq münasibətləri olan xalqlarımız arasında dialoqun daha da genişlənməsinə imkan yaradacaq.

Möhtərəm cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzu edirəm", - təbrikdə qeyd edilir.

***

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Hörmətli İlham Heydər oğlu.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq münasibətləri ölkələrimiz və xalqlarımız naminə bundan sonra da durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm",- təbrikdə qeyd edilir.

***

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram", - təbrikdə qeyd edilir.

20:27

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm", - təbrikdə qeyd edilir.

21:01

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri,

28 may – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi sülh və rifah arzularımı çatdırıram.

İtaliya ilə Azərbaycanı birləşdirən möhkəm dostluq əlaqələri bütün səviyyələrdə mütəmadi görüş və əməkdaşlıq fürsətlərindən yeni impuls alaraq qarşılıqlı, intensiv və səmərəli münasibətlərimizin inkişafına töhfə verir.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan möhkəm əlaqələr həm ikitərəfli, həm də Azərbaycan ilə Avropa İttifaqı arasında geniş münasibətlərimiz çərçivəsində daha da güclənəcək.

Zati-aliləri, bu xoş niyyətlə Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına rifah arzu edirəm", - təbrikdə qeyd edilir.


Xəbəri paylaş

8458 dəfə oxunub.

Digər xəbərlər
10-05-2016, 15:11 "MEDEF" Bakıya gəlir

bütün xəbərlər
____ Instagram ___