"Zirə" 5 futbolçu ilə yeni müqavilə imzaladı
Tarix: 23-05-2016 | Saat: 16:26
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Premyer Liqada debüt mövsümünü gümüş medalla başa vuran "Zirə"də heyətlə bağlı işlərə start verilib.
Trend klubun saytına istinadən məlumat verir ki, artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlumdur. Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi bir il müddətinədir. Həmçinin Nelson Bonillanın daha bir il "Zirə"də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il "1+1" il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanı daha bir illiyə uzadıb.
Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. Belə ki, "Zirə" Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək.
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər

1-07-2019, 20:04
Sumqayıtda 5-ci Polis Bölməsinin açılışı olub -FOTO
13-08-2017, 22:06
Emin övladları ilə belə dincəlir - Foto + Video
12-05-2016, 18:24
Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq
1-07-2015, 13:23
Deputatın qohumu qumarda 200 minlik ev uduzub
3-05-2017, 16:38
"Второе дыхание" ruslar tərəfindən sevildi - foto + video
3-04-2017, 01:40
Günelin nişanlısının maşını gündəm oldu - FOTO
21-05-2019, 09:39
Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapıldı,toyu olacaq