Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qəhrəmanlar unudulmur" uşaq və yeniyetmələrin hazırladıqları ədəbi-bədii tədbir keçirildi FOTO
Tarix: 23-05-2016 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

"Qəhrəmanlar unudulmur" uşaq və yeniyetmələrin hazırladıqları ədəbi-bədii tədbir keçirildi FOTO
Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi...

Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

17 may 2016-cı il traixində "Qəhrəmanlar unudulmur" uşaq və yeniyetmələrin hazırladıqları ədəbi-bədi tədbir keçirdi. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun adını daşıyan 35 saylı Kəlbəcər rayon tam orta məktəbində baş tutub.

Tədbirdə Filologiya üzrə Fəlsəfə doktoru,əməkdar jurnalist Adil Cəmil, yazıçı-publisist Hidayət Elvüsal, tanınmış şairlər- Zakir Fəxri, Mirsəyyaf Zamanlı, Milli qəhrəmanın bacısı Elmira Şükürova, Kəlbəcər Təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və müəllim-şagird kollektivi iştirak edib.

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir"Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açıb.O, layihə haqqında məlumat verərək bildirib ki,sabahın həqiqi Azərbaycan vətəndaşları olacaq böyüməkdə olan gənc nəslin istedad və yaradıcı qabiliyətlərini üzə çıxarıb düzgün axara istiqamətləndirmək hər birimizin borcudur. Bu gün dünyada gedən bir çox aldadıcı və sapdırıcı proseslər istedadlı uşaqları, yeniyetmələri öz zərərli təsiri altına sala bilir. Onların vətən,torpaq,doğma xalq düşüncəsindən uzaqlaşması, kosmopolit təfəkkür tərzinə yönələrək milli-tarixi kimliyinə arxa çevirməsi, mənsub olduğu xalqın taleyüklü probleminə göz yumub manqurtcasına laqeyd qalması dini radikalizməmeylin güclənməsi və bəzi antiazərbaycan təbliğat vasitələrinin hədəfidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı uğurlu siyasi-ideoloji fəaliyyət də uşaq və yeniyetmələrin, xüsusəndə yaradıcı istedada malik yeni nəslin düzgun istiqamətdə inkişaf etdirilməsi məsələsini daim diqqət önündə saxlayır. Layihənin əsas məqsədi uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi üçün elmi və mədəni kütləvi tədbirlər planı həyata keçirməkdir. Bugünki tədbirdə də şagirdlər Milli qəhrəman Şahlar Şükürovun timsalında Azərbaycançılıq, vətənpərvərlik, milli-tarixi yaddaş, müstəqil dövlətçilik düşüncəsini əks etdirən uşaq rəsim sərgisi, uşaq musiqi ifaçılığı, bədii qiraət, şeir və səhnəçiklər göstərməklə və öz istedadlarını nümayiş etdirəcəklər.

Filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist şair Adil Cəmil qeyd etdi ki, Azərbaycan xalqının erməni qaniçənləri ilə apardığı mübarizənin şərəf dolu səhifələri, qəhrəman övladlarımızın döyüş sücaətləri ilə bağlı tədbirlər həyata keçirilməsi olduqca vacib məsələdir. Bu tipli tədbirlərin bir istiqaməti də Milli Qəhramanlarımızın, igidlik göstərən mərd oğullarımızın həyat yolunun gənc nəsilə aşılanmasından ibarətdir. Milli qəhramanın bacısı Elmira Şükürova Ölkəmiz tarixən qəhrəmanlar diyarı olub. Xalqımıza hər zaman qalibiyyət sevincini yaşadan qəhrəmanlarımız çox olub. Bu cəsur insanlar gənclərimizin sağlam düşüncəyə, milli mənlik şüuruna sahib olmasına təsir edir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Prezident İlham Əliyev bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Tədbirə dəvət edilən digər qonaqlar--tanınmış şair Zakir Fəxri, Elşən Əzim, Mirsəyyaf Zamanlı,İsmayıl Mərcanlı da Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi şurasının mütəmadı olaraq belkə tədbirlərin həyta keçirilməsinə verdiyi dəstəyin əhəmiyyətini vurğuladılar. Doğum günü qeyd edilən Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında tədbir iştirakçılarına məlumat veriblər. Həmçinin belə tədbirlərə göztərdiyi dəstəyə görə Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbrin təşkilataçısı olan "Aşıq Şəmşir"Mədəniyyət Ocağı" İctimai Birliyinin bu qəbildən olan fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Milli qəhrəmanın adını daşıyan 35 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdləri Vətənpərvərlik ruhunda olan şeirləri və kompazisiyaları çox təsrili şəkildə ifa ediblər.Əsgər geyimində olan şagirdlər Aprel döyüşlərində qazandığımız hərbi uğurları öz qəhrəmanlıq mahnıları ilə mərasim iştirakçıları qarşısında mükəmmməl şəkildə nümayiş etdiriblər..Həmçinin,şagirdlərin vətənpərvərlik ruhunda çəkdikləri rəsmlər qonaqlar tərəfindən maraqla qarşılanıb.Tədbrin sonunda "Aşıq Şəmşir"Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən xüsusi istetedaı ilə fərqlənən şagird və müəllimlər sertfikatla təltif olunublar.

Xatırladaq ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olub. 1972-ci ildə təhsilini başa vuraraq, ordu sıralarına yollanıb. Ordudan təxris olunduqdan sonra Bakıda İslah Əmək müəssisələrinin birində işləyib. Daha sonra fəaliyyətini Ucar rayon daxili işlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rastov Ali Polis Akademiyasını bitirib. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. Polis mayoru rütbəsinə qədər yüksələn Ş.Şahlar 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşır. Qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, həlak olur. Bu qanlı hadisədə erməni cəlladları Klassik Aşıq Şerinin Ustadı Aşıq Şəmşirin qızı Çimnaz xanımı da qətlə yetirirlər.Azərbaycan Respublikasının Prezidentinin 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümundən sonra "Aərbaycan Milli Qəhrəmanı" adı verilib.Ailəli idi. İki övladı yadigar qalıb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Zərdab rayonunda isə adına küçə var.

Şahlar Şükürov kimi qəhramanlar hər zaman Azərbaycan gəncinə bir nümunədir.Azərbaycan dövləti bu gün öz qəhramanlarının xatirəsini əziz tutur, onların yaxınlarının bütün problemlərini yüksək səviyyədə həll edir.
"Qəhrəmanlar unudulmur" uşaq və yeniyetmələrin hazırladıqları ədəbi-bədii tədbir keçirildi FOTO


Xəbəri paylaş

1 1408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___