Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyuqlarda xəstəlik yaradan bakteriya tapıldı
Tarix: 23-05-2016 | Saat: 12:09
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Toyuqlarda xəstəlik yaradan bakteriya tapıldı
Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin professoru İşıl Var toyuq ətləri ilə bağlı sensasiyalı araşdırma aparıb.

2011-2014-cü illər arasında Adanadakı 21 marketdən və 3 firmadan alınan qanad və budlarda aparılan araşdırmalar zamanı toyuq ətlərində bakteriya aşkarlanıb.

Professor “Listeria monocytogenes” adlanan bakteriyanın meningit, hamilə vaxtı uşağını itirmə, doğuş zamanı uşağın ölümü və qanda iltihab yaratma gücü olduğunu bildirib.

“Bu bakteriya sanitariya qaydalarına riayət edilmədiyi üçün ortaya çıxır. Toyuq əti ilə məşğul olan firmaları və satış mərkəzlərini diqqətli olmağa, sanitariya qaydalarına riayət etməyə çağırırıq. Bu bakteriya hamilə qadınlar, yaşlı insanlar və uşaqlar üçün təhlükəlidir. Toyuq məhsullarını bişirərkən yaxşı qaynatmaq lazımdır”, - professor deyib.


Xəbəri paylaş

9788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___