Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu dövlət müəssisələri özəlləşəcək – Rəy
Tarix: 22-05-2016 | Saat: 11:39
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bu dövlət müəssisələri özəlləşəcək – Rəy
Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Yeni fərman özəlləşdirmə məsələsini yenidən gündəmə gətirib.

Bəs növbəti özlləşdirmə prosesinin yeni mərhələsi hansı sahələri əhatə edəcək?

Bu məsələni Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli şərh edib. İqtisadçı hazırkı dönəmdə bu prosesin intensivləşdirilməsini müsbət qiymətləndirib:

“Özəlləşmənin aparılması olduqca vacibdir. Fərmanda həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunması qeyd olunub. Bu o deməkdir ki, yeni fərman özəlləşdirmə ilə bağlı mərhələni sürətləndirəcək. Çünki bu proseslə paralel olaraq həm büdcə yükü azalmalı, həm də özəlləşmə istiqamətində idarəçilik daha effektiv olmalıdır.

O ki qaldı özəlləşəcək əsas sahə və müəssisələrə, hesab edirəm ki, bu daha çox kommunal təssərrüfatı, iri dövlət şirkətlərini əhatə edəcək. İndi əsas hədəf bu işə xarici investorların cəlb olunmasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Fərmanda həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərin hər il dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunması qeyd olunub.

Ekspertlər yeni fərmana əsasən özəlləşdiriləcək dövlət əmlakının siyahısının yaxın zamanlarda açıqlanacağını proqnozlaşdırırlar.


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___