Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəlini döyən bəyin atası danışdı
Tarix: 27-04-2015 | Saat: 21:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gəlini döyən bəyin atası danışdı



“Onlar xoşbəxtdirlər”.

Aprelin 25-i toyda bəyin gəlini döyməsi xəbəri ajiotaj doğurub. “Xudafərin” şadlıq evində baş verən hadisəni Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən təsdiqləyiblər. Bildirilib ki, bəydən izahat alınıb. Amma bəyin atası danışıb və deyilənləri yalan adlandırıb.

Xeberaz.az Milli.Az-a istinadən xəbər verir ki, Sənan Ələkbərovun valideyni Elman Ələkbərov azvision.az-a deyib ki, oğlu gəlini döyməyib:

“Hazırda gəlinim də, oğlum da evimizdədir. Davaya görə oğlum həbs edilməyib. Toyda dava düşməyib. Sadəcə, tanımadığımız iki cavan mübahisə edirdi. Biz də onları araladıq. Kütləvi dava da baş verməyib. Bunu deyənlər qələt edirlər. Yalan deyirlər, oğlum gəlini döyməyib. Sənan hazırda yanımda, Naxçıvandadır. Onlar xoşbəxtdirlər”.

E.Ələkbərov qeyd edib ki, gəlinin atası onun bibisi oğludur:

“Münasibətlərimiz də çox yaxşıdır. Biz ora polisin gəldiyini də görmədik. Gecə saat 11-ə qalmış toyumuz başa çatdı. Oğlum gəlinə heç vaxt əl qaldırmayıb”.


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___