Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Taekvondoçumuz İsveçrədə medal qazandı
Tarix: 20-05-2016 | Saat: 21:23
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Taekvondoçumuz İsveçrədə medal qazandı

İsveçrənin Montrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci günündə - mayın 20-də Azərbaycan millisinin daha dörd üzvü mübarizəyə qoşulub.

"Xəbəraz.az " xəbər verir ki, kişilərin yarışında Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), qadınlardan isə birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova, eləcə də Gülhanım Yeşildal (hər ikisi 53 kq) dayanq üzərinə çıxıblar.

Birinci görüşdə türkiyəli Orhan Gulerlə qarşılaşan M.Məmmədov rəqibinə 9:3 hesabı ilə qalib gəlib. O, səkkizdə bir finalda Ermənistan təmsilçisi Sergey Avanesovı 3:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. M.Məmmədov bu mərhələdə yarımfinala vəsiqə uğrunda döyüşdə ispaniyalı idmançı Xoel Bonilla Qonzalezə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə ilk mərhələdən azad olub. İlk görüşündə Deniss Kulibikslə (Latviya) gücünü sınayan təmsilçimiz rəqibini 14:2 hesabı ilə məğlub edib. Yarımfinala gedən yolda yunan idmançı Konstantinos Çamalidislə qarşılaşan A.Tağızadə 6:2 hesabı ilə qalib gəlib. Lakin A.Tağızadə növbəti döyüşdə ermənistanlı Sergey Vardazaryan ilə görüşdə 0:1 hesabı ilə uduzaraq yarışda iştirakını dayandırmalı olub.

Ölkəmizi “Rio-2016”da təmsil edəcək Patimat Abakarova əvvəlcə latviyalı İnese Taevidanı mübarizədən kənarlaşdırıb – 3:0. P.Abakarova səkkizdəbir finalda Draqana Qladoviçlə (Serbiya) qarşılaşıb. Döyüş idmançımızın 6:2 hesablı qələbəsi ilə başa çatıb və o, dörddəbir final mərhələsinə yüksəlib. Bu mərhələdə Kipr təmsilçisi Despina Pilavakaya üzərində 3:1 hesablı qalibiyyət əldə edən idmançımız yarımfinalda Fransa təmsilçisi Floriane Liborionu 4:2 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin edib. Patimat Abakarova finalda Rusiyalı Tatyana Kudaşova 3:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu çəkidə digər təmsilçimiz Gülhanım Yeşildal ilk qarşılaşmasında rusiyalı Tatyana Kudaşova ilə üz-üzə gəlib. Rəqib 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələ adlayıb.

Millimiz qitə çempionatına 17 idmançı ilə yollanıb.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___