Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MSŞT-da milyonluq dava genişlənir
Tarix: 20-05-2016 | Saat: 18:30
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

MSŞT-da milyonluq dava genişlənir

Son günlər Mədən Sənayesində Şəffaflıq Təşkilatında baş verən proseslər, qurumun tədricən siyasiləşməsi və Milli Şura adlanan qurumun nəzarəti altına keçməsi vətəndaş cəmiyyəti nümayəndələrinin ciddi narazılığına səbəb olub.

Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Axar.az-a açıqlamasında əksər QHT-lərdə siyasi oyunların aparılmasını pisləyib.

“Azərbaycan qanunlarına görə, QHT-lər siyasi fəaliyyətlə məşğul ola bilməz. Bu, birbaşa qadağandır. Vətəndaş cəmiyyətinin hər hansı bir siyasi təşkilatın yedəyinə çevrilməsi yolverilməzdir. Mədən Sənayesində Şəffaflıq Təşkilatında keçirilən seçkilərlə bağlı QHT sədri Mehriban Vəzirin yaydığı bəyanatı oxuduq. Mehriban xanım keçirilən seçkilərdə və təşkilat daxilində baş verənləri açıqlığı ilə izah etdi ki, Milli Şuranın üzvləri olan bir neçə adam Əli Kərimlinin tapşırıqlarını icra edir və onlar məqsədli şəkildə təşkilatın daxilində birbaşa siyasətlə məşğul olurlar. Bir sözlə, Mehriban xanım Milli Şuranı ifşa etdi. Məhz elə bu səbəbdən də Əli Kərimli təcili 3-4 nəfəri toplayaraq Mehriban xanımı Milli Şuradan xaric etdi”, - N. Orduxanlı bildirib.

Onun sözlərinə görə, Milli Şura üzvlərinin təşkilata üzv olması MSŞT-da ciddi etiraz yaradıb:

“Əliməmməd Nuriyev baş verənlərə aydınlıq gətirdi və Koalisiyanın iclasının sabahı günü Milli Şura deyilən bir təşkilatın nümayəndəsi Oqtay Gülalıyev tərəfindən bir məktubun ortalığa çıxarıldığını bildirdi. Onun sözlərinə görə, hesabat xarakterli bu məktub Mehriban Vəzirin poçtuna da göndərilib. Mehriban xanıma göndərilən məktubda hansısa "qələbədən” danışılır. Orada həm də iddia olunur ki, guya, biz qələbə çaldıq, hakimiyyətdən 400 min manat pul almışıq və s. Bütün bunlar tamamilə iftiradır. Bu yalnız Mehriban xanıma və mənə deyil, o iclasda iştirak edənlərin hamısına atılan böhtandır. Əliməmməd bəy “əgər Otaq Gülalıyev irəli sürdüyü ittihamları sübut edə bilməsə, onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini”, - də bildirdi. Bütün bunlar onu göstərir ki, Gülalıyevin dedikləri cəfəngiyyatdan başqa bir şey olmayıb”.

Qeyd edək ki, Dünya Bankının MSŞT-ya bir neçə milyon dollar qrant ayıracağı barədə açıqlamasından sonra bu qurumda idarəetməni əldə etmək uğrunda mübarizə başlayıb.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___