Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əmlak Komitəsindən aprel döyüşçülərinə - Sürpriz
Tarix: 20-05-2016 | Saat: 16:09
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Əmlak Komitəsindən aprel döyüşçülərinə - Sürpriz

Əmlak Məsələləri Dövlət Komitəsi cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların sənədləşdirilməsini davam etdirir.

Komitədən Axar.az-a verilən məlumata görə, bu gün Füzuli rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib.

200-ə yaxın cəbhə bölgəsi sakininə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib.

Eyni zamanda rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Kampaniya çərçivəsində bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Qeyd edək ki, kampaniyadan yararlananlar arasında apreldə cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri də onların evindəcə təqdim edilib.


Xəbəri paylaş

6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___