Əcnəbi ilə nikaha girmək üçün nə tələb olunur? - HÜQUQ MƏSLƏHƏTXANASI
Tarix: 19-05-2016 | Saat: 13:16
Bölmə:Karusel / Qadınlar / Texnologiya | çapa göndər
Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasında bu dəfə bir neçə şəxsə eyni etibarnamənin verilib-verilməməsinin mümkünlüyünü və nikaha girmək istəyən xarici vətəndaşdan subaylığı barədə sənəd tələb edilməsinin qanuni tərəfləri ilə bağlı oxucularımızın suallarına cavab axtarmışıq.
Yenə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.
Sual 1.
Bakı şəhərindən Etibar Həziyev: Mən müəyyən işlərimi aparmağı atama və qardaşıma etibarnamə ilə həvalə etmək istəyirəm. Bunun üçün ayrı-ayrı etibarnamə tərtib etməliyəm, yoxsa, bir etibarnamədə hər ikisinin adı göstərilə bilər?
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 75-ci bəndinə görə notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər.
Sual 2.
Gəncə şəhərindən Leyla Ağayeva: Xarici vətəndaşla Azərbaycanda rəsmi nikaha daxil olmaq üçün onun subay olması barədə arayışın tələb edilməsi qanunidirmi?
Cavab:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4-cü bəndinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır.
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

22-10-2018, 14:01
DTX-dan sosial şəbəkə istifadəçilərinə - XƏBƏRDARLIQ
27-04-2016, 18:21
Rusiya ilə Türkiyə arasında nəhəng layihə reallaşır
20-09-2018, 10:18
“Elə bil dünya yıxılıb altında qalmışam” - Sevil Nuriyeva
22-10-2017, 11:47
Kataloniya rəhbəri sabah müstəqillik elan edəcək
23-12-2015, 14:45
Yol qəzasında 3 nəfər yaralandı
11-10-2017, 10:42
Bakıda xanım jurnalist maşınla adam vurdu
9-07-2017, 10:23
Türkiyədə terror hücumu - 2 ölü, 3 yaralı
19-04-2016, 13:06
Azərbaycanın yeni snayperləri
27-06-2017, 09:55
Bakıdan Taylanda aviareys açıldı - Azərbaycana nələr verəcək?