Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidimizin 40 mərasimi keçirildi
Tarix: 19-05-2016 | Saat: 12:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhidimizin 40 mərasimi keçirildi

Qoşunların təmas xəttində erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü şəhid Mahir Mirzəyevin qırx mərasimi keçirilib.

İcra hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyi və nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb.

Ölkə prezidentinin müvafiq sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib. Sonda şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Şəhidimizin 40 mərasimi keçirildi
Şəhidimizin 40 mərasimi keçirildi
Şəhidimizin 40 mərasimi keçirildi


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___