Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oqtay Əsədov Narışkinlə görüşdü
Tarix: 19-05-2016 | Saat: 11:48
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Oqtay Əsədov Narışkinlə görüşdü
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 19-da Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

"Xəbəraz.az " xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri ölkələrimizin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

S.Narışkin bu ilin aprelində Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci iclasında yaxından iştirakına görə Azərbaycan parlamentinin sədrinə təşəkkürünü bildirdi və bu cür görüşlərin uğurla davam etdiriləcəyinə əmin olduğunu deyib. Dövlət Dumasının sədri bu ilin sentyabrında Rusiyada keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi barədə məlumat verib.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın və Rusiyanın parlamentləri arasında əlaqələrin inkişafından danışaraq bildirib ki, ölkələrimizin prezidentlərinin səyləri nəticəsində münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb, nümayəndə heyətlərimizin səfərləri zamanı 200-dən çox sənəd imzalanıb, daha 51 sənəd isə imzalanmağa hazırlanır.

Rusiya Dövlət Dumasına keçiriləcək növbəti seçkilərdə Milli Məclisin müşahidəçilər qrupunun yaxından iştirak edəcəyini söyləyən Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanın Rusiyadakı böyük diasporunun nümayəndələri daim Rusiya dövlətçiliyini dəstəkləyib, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına öz töhfələrini veriblər.

Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___