Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərkisyan yenə “tualet diplomatiyası”na keçə bilər
Tarix: 19-05-2016 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Sərkisyan yenə “tualet diplomatiyası”na keçə bilər
Ermənistan bu dəfə də son mərhələdə hansısa yollarla danışıqlardan yayına bilər.

Bu barədə millət vəkili Asim Mollazadə açıqlama verib. Deputat bildirib ki, bunun üçün Ermənistana təzyiq mexanizmlərinin işə düşməsi şərtdir:

“Ermənistan bu dəfə də son mərhələdə hansısa yollarla danışıqlardan yayına bilər. Biz dəfələrlə bu cür oyunların şahidi olmuşuq. Ki Uest danışıqlarından sonra Parisdə Fransa prezidentinin təşkil etdiyi görüşdə Sərkisyanın “tualet” diplomatiyası bunun bariz nümunəsidir. Ermənistan rəhbərliyinin iyunda da oxşar addımları təkrar edə biləcəyi istisna edilmir. Təəssüf ki, hələ də ortada təcavüzkara qarşı sanksiyalar yoxdur. Azərbaycan nüfuzlu ölkələrdən Ermənistana qarşı bu istiqamətdə addımlar gözləyir. Çünki ancaq belə olan halda sülhlə bağlı real nəticələr əldə edə bilərik”.

Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdə iyunda növbəti danışıqlar barədə razılığa gəlinib.

Bəzi ekspertlər iyunda mərhələli həll paketinin işə düşəcəyini proqnozlaşdırır.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___