Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirin tapşırığına əsasən seminar keçirildi - Foto
Tarix: 18-05-2016 | Saat: 17:06
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Nazirin tapşırığına əsasən seminar keçirildi - Foto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda elmi-praktiki seminar keçirilib.

"Xəbəraz.az " Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib. İyirmi dörd il öncə Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani "Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edib.

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxış edərək bu cür seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.

Seminar iştirakçıları bir qrup şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin əmri ilə ölümlərindən sonra övladlarının layiq görüldükləri medalların təqdimetmə mərasimində iştirak edib və 2-5 aprel 2016-cı il döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar.
Nazirin tapşırığına əsasən seminar keçirildi - Foto
Nazirin tapşırığına əsasən seminar keçirildi - Foto


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
5-04-2016, 00:30 Bürclər - 5 aprel
10-07-2018, 21:17 Ronaldo “Yuventus”da

bütün xəbərlər
____ Instagram ___