Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyanın Suriya itkisi 1 milyarda çatır
Tarix: 18-05-2016 | Saat: 15:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiyanın Suriya itkisi 1 milyarda çatır
İqtisadi çətinliklər yaşayan Rusiya Suriyada əməliyyatların başladığı 30 sentyabr 2015-ci ildən 2016-cı ilin mart ayına qədər 700 milyon dollar xərcləyib.

"Xəbəraz.az "xəbər verir ki, ekspertlər əməliyyatların davam etməsinə görə xərclərin daha da artacağını bildirirlər.

Vaşinqton Yaxın Şərq Araşdırmalar İnstitutunun nümayəndəsi Anna Borçevskaya Rusiyanın Suriyada gündəlik 4 milyon dollar xərclədiyini açıqlayıb:

“Həqiqi rəqəmləri əldə etmək çox çətindir. Lakin Moskva Suriyadakı niyyətini az xərclə yerinə yetirmək istəyir”.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının rəsmisi Yuri Barmin isə Əsəd rejiminin rus ordusunu baza, yanacaq və su ilə təmin etdiyini və rəsmi Moskvanın bu xərclərdən azad olduğunu bildirib.

Qeyd edək ki, Rusiya 2015-ci ilin 30 sentyabrından 2016-cı ilin 15 martına qədər Suriyada hərbi əməliyyatlar aparıb. Kreml əməliyyatlar zamanı 460 milyon dollar xərcləndiyini açıqlayıb.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___