Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
(R) Nissan UEFA Çempionlar Liqasının rəsmi sponsorudur
Tarix: 18-05-2016 | Saat: 10:20
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

(R) Nissan UEFA Çempionlar Liqasının rəsmi sponsorudur
Dünyanın aparıcı avtomobil istehsalçıları sırasında önəmli yer tutan Nissan UEFA Çempionlar Liqasının rəsmi sponsorudur.
Mərkəzi qərargahı Yokohamada yerləşən çeşidli avtomobil modellərinin istehsalçısı Nissan Motor Korporasiyası UEFA ilə əməkdaşlığı davam etdirir. Nissan və UEFA arasında əldə olunan sponsorluq razılaşmasına əsasən, Nissan yüksək keyfiyyətli xidmət və məhsulları ilə Avropanın ən böyük klub yarışlarının inkişafına öz tövhəsini verir. Razılaşma, 2014-2017-ci illər mövsümlərinin Çempionlar Liqası və UEFA Super Kuboku yarışlarını əhatə edir.
Nissan UEFA Çempionlar Liqasının sponsorluğu dövründə UEFA ilə birgə əməkdaşlıq çərçivəsində tamamilə yeni və innovativ səhifə açır.
UEFA Çempionlar Liqasının Marketinq Direktoru Li Qoran Epşteyn Nissanla əməkdaşlıqdan məmnunluğunu ifadə edir:
"UEFA Çempionlar Liqasında Nissanla rəsmi tərəfdaş olduğumuz üçün şadıq. Nissan aparıcı qlobal şirkətdir və dünyanın ən böyük avtomobil qruplarından biridir. Bizim əməkdaşlığımız dünya bazarlarina innovasiya və böyük həyəcan gətirəcək və biz Nissan-ın UEFA ilə əməkdaşlıq çərçivəsində yaranan geniş imkanlardan yararlanaraq, daha yüksək nailiyyətlərə imza atacağına əminik”.
Nissan-ın vitse-prezidenti, qlobal marketinq və korporativ əməkdaşlıq bölməsinin rəhbəri De Vries də UEFA rəsmisinin optimizmini bölüşür:
“UEFA Çempionlar Liqası 4 milyardlıq televiziya auditoriyasına malik nəhəng idman yarışıdır. UEFA ilə əməkdaşlığımız Nissan məhsullarını dünya auditoriyasına təqdim etmək baxımından kifayət qədər yüksək əhəmiyyətə malikdir. Əminik ki, Avropanın ən nüfuzlu futbol müsabiqəsi Nissan üçün mühim qlobal platforma rolunu oynayacaq və bizim məqsədimiz bütün dünyanın futbol azakeşlərinə həyəcənlı futbol oyunları ilə bərabər adrenalin mənbəyi olan avtomobillər təqdim etməkdir. Qürurla qeyd edirəm ki, bu məhsullar işini sevərək ən yüksək səviyyədə həyata keçirən insanlar tərəfindən yaradılmışdır”.


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___