Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Mərhələli həll planı: İrəvan qəbul etməsə… - Şərh
Tarix: 16-05-2016, 12:15 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Mərhələli həll planı: İrəvan qəbul etməsə… - Şərh


Nə Rusiya, nə də böyük dövlətlər Dağlıq Qarabağ ətrafı rayonların ilkin şərt irəli sürülmədən boşaldılması üçün Ermənistana təzyiq etmək istəyirlər.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Şərhçi bildirib ki, ATƏT-in Minsk Qrupunun Vyana görüşünü keçirməkdə əsas məqsədi Azərbaycan və Ermənistanı atəşkəsə riayət etməyə çağırmaq və bununla bağlı tərəflərin üzərinə öhdəliklər qoymaqdır:

“Azərbaycan bu öhdəliyi qəbul etməyəcək. Çünki işğal altındakı torpaqlar boşaldılmadan atəşkəsin qorunması və ya insidentlərin araşdırılması status-kvonun davamına şərait yaradır. Vyana görüşündən nəticə çıxmayacağı halda yaxın aylarda döyüşlərin yenidən təkrarlanması ehtimalı artacaq”.

Politoloq 22 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən planları xatıladıb:

“1990-cı illərin ortalarında mərhələli planı, daha sonra paket həll planı irəli sürüldü. Üçüncü plan isə ümumi dövlət prinsipi idi. Azərbaycan mərhələli həll planına razılaşdı. Çünki bu plana görə, ilkin addım kimi işğal altındakı torpaqlar boşaldılmalı, qaçqınlar geri qayıtmalı və yalnız bundan sonra Dağlıq Qarabağın statusunu müəyyənləşdirən danışıqlar başlamalı idi.

Moskva Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan boru xətti ilə Türkiyə üzərindən Avropa bazarlarına daşınmasını istəmirdi. Həmin vaxt Moskvada düşündülər ki, Dağlıq Qarabağ problemi həll olunsa, bu, Azərbaycanın bölgədəki mövqelərini gücləndirəcək, Qərbin Cənubi Qafqazda rolu artacaq və Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa başlayacaq. Paket həll planına isə Azərbaycan razılaşmadı. Çünki bu planda rayonların işğaldan azad olunması Dağlıq Qarabağın statusu ilə eyni vaxtda müəyyənləşdirilməli idi. Ümumi dövlət prinsipi də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alırdı”.

E.Şahinoğlunun sözlərinə görə, münaqişənin həlli yalnız mərhələli şəkildə mümkündür:

“İşğal ölkəmizin inkişafına mane olmadı, enerji resurslarının işlənməsi və satışı hesabına Azərbaycan inkişaf etdi, maliyyə və hərbi resruslarını artırdı. Ermənistanın işğalçı siyasəti bu dövlətin Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə gətirib çıxardı. Ermənistanın problemlərdən qurtulması, normal inkişaf etməsi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Bunun üçün isə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmalıdır”.

Qeyd edək ki, bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Görüşdə ABŞ, Fransa və Rusiya XİN başçılarının iştirak edəcəyi bildirilir.шаблоны для dle 11.2

3278 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
16-11-2018
bütün xəbərlər
____ Instagram ___