Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
UEFA U-17: Almaniya yarımfinalda
Tarix: 15-05-2016 | Saat: 03:50
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

UEFA U-17: Almaniya yarımfinalda
Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir yarımfinalçısı müəyyənləşib.

Mayın 14-də “Dalğa Arena”da dörddəbir final mərhələsi çərçivəsində Almaniya və Belçika yığmaları üz-üzə gəlib. İslandiyalı baş hakim Gunnar Jarl Yonssonun idarə etdiyi görüşün 46-cı dəqiqəsində Almaniya yığmasının üzvü Renat Dadaşov hesabı açıb.

Görüşün sonunadək hesab dəyişməyib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya yığması yarımfinala yüksəlib. Almaniya millisi bu mərhələdə İspaniya-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, digər dörddəbir final görüşündə Portuqaliya millisi Avstriya yığmasını 5:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Mayın 15-də keçiriləcək digər dörddəbir final oyunlarında İspaniya millisi İngiltərə, İsveç yığması isə Hollandiya ilə üz-üzə gələcək.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___