Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lazarev Azərbaycandan dəstək istədi
Tarix: 14-05-2016 | Saat: 18:45
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


Lazarev Azərbaycandan dəstək istədi
İfa edəcəyim “You Are the Only One” mahnısını böyük müəlliflər komandası ərsəyə gətirib. Musiqini Filip Kirkorov bəstələyib, habelə mahnı üzərində Böyük Britaniya, Yunanıstandan olan peşəkarlar çalışıblar. Mahnını dinləyən kimi ölkəmi Avroviziya-2016 mahnı müsabiqəsində təmsil etmək qərarına gəldim.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Rusiya təmsilçisi Sergey Lazarev Azərtac-a müsahibəsində deyib.

Seçim turlarının Rusiyanın İctimai Televiziyası tərəfindən həyata keçirildiyini bildirən Sergey Lazarev ona bu yarışmada iştirak etmək təklif olunan vaxtdan öz üzərində ciddi çalışdığını vurğulayıb:

“Səhnə quruluşu kifayət qədər mürəkkəbdir. Məşqlərimiz başa çatdı. Tamaşaçılara hər zaman maraqlı performans təqdim etməyə çalışıram. Ümidvaram ki, televiziya tamaşaçıları bizim şounu qiymətləndirəcək. Bu il “Avroviziya” mahnı müsabiqəsində güclü mahnılar ifa olunur. Mənim üçün müsabiqədə qalibiyyət deyil, layiqincə iştirak etmək əsasdır. Rusiyada “Avroviziya”a böyük maraq var. Əgər qalib gəlsək, ölkəmiz yüksək səviyyədə yarışmaya ev sahibliyi edəcək. Azərbaycandan olan bütün sevimli pərəstişkarlarıma minnətdarlığımı bildirirəm. Mən sizin dəstəyinizə güvənirəm. Azərbaycan bu yarışmada mükəmməl ifaçı ilə təmsil olunur. Səmranın ifası güclüdür və ona uğurlar arzu edirəm”.


Xəbəri paylaş

6198 dəfə oxunub.

Digər xəbərlər
26-02-2016, 17:40 Özünü evində asdı

bütün xəbərlər
____ Instagram ___