Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Irəvanın məkrli planı: Məqsəd Qarabağ deyil…
Tarix: 14-05-2016 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Irəvanın məkrli planı: Məqsəd Qarabağ deyil…

İrəvan düşünür ki, əgər Qarabağ istiqamətində Azərbaycan ordusu ilə bacarmayacaqsa, heç olmazsa, bölgədə Türkiyə-Rusiya qarşıdurması yaratsın

"Xəbəraz.az " xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

Siyasi şərhçi bildirib ki, Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozmaqla bu bölgənin təhlükəsizliyinin təminatçısı olan Türkiyənin reaksiyasını yoxlayır:

“Ermənistanın Dağlıq Qarabağ istiqamətində atəşkəsi pozmaqda məqsədi Azərbaycan ordusunun mümkün hücumlarından özünü qorumaqdır. Halbuki erməni separatçılarının bu strategiyası artıq işə yaramır. Ancaq ermənilərin Naxçıvanı atəşə tutmasının heç bir hərbi məqsədi yoxdur. İrəvanın hədəfi bölgədə geosiyasi qarışıqlıq yaratmaqdır. İrəvan düşünür ki, əgər Qarabağ istiqamətində Azərbaycan ordusu ilə bacarmayacaqsa, heç olmasa, bölgədə Türkiyə-Rusiya qarşıdurması yaransın. Bununla da Rusiyanın açıq-aşkar Ermənistanı müdafiə edəcəyini və Kremlin Azərbaycanla tərəfdaşlıq münasibətlərinin pozulacağını düşünürlər”.

Qeyd edək ki, ötən gün qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub. Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___