Türkiyə Azərbaycanın istədiyi silahlarla bağlı qərar verdi
Tarix: 14-05-2016 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Türkiyənin Maşın və Kimya Sənayesi Qurumu (MKEK) milli piyada tüfəngi MPT-76-nın istehsalına başlayıb.
ANS-in məlumatına görə, MPT-76 G-3 kimi təsirli, “Kalaşnikov” avtomatı kimi etibarlı, M-16 kimi praktik sayılır.
Türkiyənin ilk milli hərbi MPT-76-nın seriya istehsalına MKEK Qırıqqala Silah Zavodunda başlanıb. 4 kilo 180 qram ağırlığında olan silahın təsirli atış məsafəsi 600 metr, dəqiqədəki atəş sayı 700 güllə və güllənin ilk sürəti saniyədə 800 metrdir. Teleskopik qundağa malik silahın lüləsi 406 millimetr. Çəngəl ayağı, eyni zamanda əl dayanacaq yeri olan silaha gecə görünüş durbini kimi hər cür cihaz taxmaq olar. Silah aksessuarları ilə birgə 413 hissədən ibarətdir. MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.
Türkiyənin milli piyada tüfənginə maraq olduqca böyükdür. Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdən tələb var.
Bu il mart ayında Tekirdağda keçirilən sərgidə silahlarını nümayiş etdirən silah fabrikinin istehsal rəhbəri M.Dəmirəl ən böyük marağı yeni MPT-76 ilə snayper olan Bora-12-nin gördüğünü söyləyib. Onun sözlərinə görə, tüfəngə bir çox ölkələrdən ciddi maraq var. “MPT-76-ya böyük tələb var. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, bizim quruluş fəlsəfəmiz Mustafa Kamal Atatürkün qoyduğu fəlsəfədir. Öncəliyimiz hər zaman Türkiyə Silahlı Qüvvələridir (TSK). İlk olaraq TSK-nı bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, - o bildirib.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

31-07-2021, 10:54
DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
22-11-2017, 11:42
Britaniya səfirindən "Qarabağ"-"Çelsi" oyunu ilə bağlı paylaşım
21-05-2017, 21:15
İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində - Fotolar
5-12-2015, 19:54
"Mənə elə gəlir ki, şörgözəm" - İradə FOTO / VIDEO
19-09-2019, 02:35
Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət
21-11-2022, 09:05
Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə kirayə pulu və mənzillər veriləcək
27-11-2017, 16:45
Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin... - Qaraçı toyu / FOTO
12-01-2018, 12:09
Çox çay içmək nə üçün ziyanlıdır?
11-12-2016, 11:20
Bakıda özünü 19-cu mərtəbədən atan qadın “KİA”nın baqajına girdi - VİDEO