Suyun qiyməti artırıldı
Tarix: 14-05-2016 | Saat: 00:04
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
"Xəbəraz.az "Tarif Şurasının saytına istinadən xəbər verir ki, iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
“Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib.
İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib.
Xəbəri paylaş
9768 dəfə oxunub.
Digər xəbərlər

16-09-2015, 10:32
Azərbaycanın qaza artan tələbatını “Qazprom” ödəyəcək
4-07-2018, 13:37
Yağış yağacaq, şimşək çaxacaq... - Sabahın hava proqnozu
14-07-2021, 15:12
Azərbaycanda “Delta” anormallığı: - Bir yanda həyəcan siqnalı, digər yanda susqunluq
10-01-2018, 11:50
İlham Əliyev nazirləri topladı-HESABAT
5-12-2016, 14:53
Azərbaycanı "Eurovision-2017"də bu qız təmsil edəcək-VIDEO
19-04-2016, 11:44
Sabunçu rayonunda yerləşən dairə təmir edilir
15-11-2015, 22:48
Əqli gerilik xəstəlik deyil - PSİXOLOJİ METODLAR
3-03-2016, 15:01
İŞİD-in vacib siması yaxalandı
30-09-2019, 22:39
Nazir Teymur Hacıyevə yüksək vəzifə verdi - FOTO