Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan ordusunun ölüm maşını - Video
Tarix: 13-05-2016 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycan ordusunun ölüm maşını - Video

Azərbaycan Quru Qoşunlarının silahlanmasında Reaktiv Yaylım Atəşi Sistemləri xüsusi rol oynayır.

Baku.vs-in məlumatına görə, ordumuzun arsenalında olan T-107 Anadolu Türkiyə istehsalı reaktiv artilleriya sistemidir.

107 mm-lik reaktiv yaylım atəş sistemləri atəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir. 12 lüləli T-107-nin boş halda çəkisi 385 kiloqramdır. T-107-lərdə raket buraxılışı 0.5-0.7 saniyə intervalladır.

ROKETSAN istehsalı olan T-107 reaktiv yaylım atəş sistemləri elə bu şirkətin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərlə atəş açır. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu da MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur.

TR-107 raketlərində az tüstülü kompozit yanacaq tətbiq edilib. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığının ağırlığı 8.4 kq-dır.


Xəbəri paylaş

1 1498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___