Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-çinin oğurladığı uşaq belə xilas edildi - Video
Tarix: 12-05-2016 | Saat: 19:19
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

İŞİD-çinin oğurladığı uşaq belə xilas edildi - Video
Ailə və yaxınları onun salamat olduğuna sevinərək əl qolunu açırlar.

Sabunçu rayonunun Şuşa şəhərciyində İŞİD-çi olduğu deyilən şəxs tərəfindən oğurlanan 8 yaşlı uşağın xilasolunma görüntüləri yayılıb.

ANS-in verdiyi məlumata görə, görünütlərdən aydın olur ki, tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn valideynləri tərəfindən tapılıb. Ailə və yaxınları onun salamat olduğuna sevinərək əl qolunu açırlar. Azyaşlı isə başına gələnləri durmadan təkrarlayır.

Hadisə 2 gün əvvəl baş verib. 8 yaşlı Hüseyn Ramazanlı həyətdə velosiped sürərəkən Abşeron rayon sakini Elnur Məmmədov tərəfindən qaçırılıb. Uşağın yerinin müəyyən olunmasında qonşuluqdakı 12 yaşlı Ülvi adlı uşağın köməkliyi olub. Belə ki, cinayəti törədən şəxs əvvəlcə Ülvini oğurlamaq istəyib, lakin atasının yanına gəldiyin gördükdən sonra fikrindən daşınaraq Hüseyni oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artıq hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub. Faktla bağlı cinayət məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___