Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İyunun sonuna qədər bütün dərmanlar qiymətləndiriləcək
Tarix: 12-05-2016 | Saat: 14:48
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

İyunun sonuna qədər bütün dərmanlar qiymətləndiriləcək
Dərman vasitələrindən 7 075-nin qiyməti təsdiq edilib.

Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7 075-nin qiyməti təsdiq edilib.

"Xəbəraz.az " xəbər verir ki, Bu barədə Oxu.Az-a Şuradan məlumat verilib.

Həmin dərmanlardan 5 741-nin qiymətləri qüvvəyə minib və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir.

Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin iyun ayının sonunadək başa çatdırılacağı açıqlanıb.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib.

Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qurum bəyan edir ki, təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.


Xəbəri paylaş

5798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___