Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Braziliya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı
Tarix: 12-05-2016 | Saat: 14:18
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Braziliya prezidenti hakimiyyətdən uzaqlaşdırıldı
Senatorlar onun getməsinə səs veriblər.

Braziliyanın senatorları cümə axşamı keçirilən iclasda 20 saatlıq müzakirədən sonra ölkə prezidenti Dilma Russeffi müvəqqəti vəzifədən kənarlaşdırıblar.

"Xəbəraz.az " RİA Novosti-yə istinadən xəbər verir ki, 55 senator impiçmentin lehinə, 22-si isə əleyhinə səs verib.

Qanuna əsasən, impiçment parlamentin yuxarı palatasında əyləşən 81 senatordan əksəriyyəti lehinə səs verdikdə qüvvəyə minir.

İndi Russeff cümə axşamından başlayaraq, 180 gün müddətinə vəzifədən uzaqlaşdırılacaq, onun səlahiyyətlərinin müvəqqəti icrası ilə ölkənin vitse-prezidenti Mişel Temer məşğul olacaq.

Daha sonra Senat məsələni Ali məhkəmə sədrinin iştirakı ilə xüsusi iclasda nəzərdən keçirəcək. O zaman Russeffin taleyi birdəfəlik həll olunacaq – parlamentarilərin üçdən ikisi (54 nəfər) impiçmentin lehinə səs versələr, o zaman dövlət başçısı vəzifədən gedəcək.

Qeyd edək ki, Braziliya müxalifəti prezidenti vergi pozuntuları və dövlət vəsaitlərindən təkrar seçilmək üçün istifadədə ittiham edir.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___