Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda uşaq qaçıran "İŞİD-çi": "Saytlara baxıb elədim" - YENİLƏNİB
Tarix: 12-05-2016 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Bakıda uşaq qaçıran "İŞİD-çi": "Saytlara baxıb elədim" - YENİLƏNİB
"İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti etmişəm".
"Xəbəraz.az " anspress-ə istinadən xəbər verir ki, bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı oğurlayan Elnur Məmmədov deyib: "Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2 deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar", - deyə təqsirləndirilən şəxs bildirib.


**
11 may
Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlının oğlunu girov götürərək azad etməsi müqabilində pul tələb etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmamasını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Məmmədov tutulmuş, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb.


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___