Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaçqının torpağını əlindən kim alır? – RİH-dən açıqlama
Tarix: 11-05-2016 | Saat: 17:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qaçqının torpağını əlindən kim alır? – RİH-dən açıqlama

Məcburi köçkün ailəsinə başqa yerdə, hazırda məskunlaşdıqları ərazidən daha böyük torpaq təklif olunub.

Bu sözləri Salyan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Etibar Hüseynov Qubadlı rayonundan məcburi köçkün Əli Novruzovun zorla öz sahəsindən çıxarılması barədə şikayətinə münasibət bildirərkən deyib.

İcra nümayəndəsinin sözlərinə görə, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlər yerindəcə həll olunur:

“Həmin problemlə bağlı məlumatımız var. Qeyd etmək istəyirəm ki, Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlu bələdiyyə torpaqlarında məskunlaşıb. Həmin torpaqlarda gənc ailələr üçün mənzillərin tikintisi və digər layihələrin icrası nəzərdə tutulur. Bu səbəbdən məcburi köçkün ailəsinə başqa yerdə, hazırda məskunlaşdıqları ərazidən daha böyük torpaq təklif olunub. Rayon icra başçısının Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının göstərilməsi, onların problemlərinin həlli barədə ciddi tapşırıqları var. Rayonumuzda məskunlaşmış qaçqın və məcburi köçkünlərə biganə münasibət və digər neqativ hallardan söhbət belə gedə bilməz”.

Qeyd edək ki, rayonun Yuxarı Noxudlu kəndində məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Novruzov Əli İsa oğlu mətbuata müraciət edərək rayon rəhbərliyi və sözügedən kəndin bəzi sakinləri tərəfindən təzyiqə məruz qaldığını iddia edib. O müraciətində bildirib ki, bu ilin mart ayının 10-da atası Novruzov İsa dünyasını dəyişib və həmin gündən etibarən kənd icra nümayəndəsinin təzyiqinə məruz qalıb:

“Atamın qırxı çıxmamış bir neçə şəxs iddia qaldırdı. Bu barədə rayon icra başçısının müavini Təranə xanıma müraciət etdim. Aprelin 10-da polis əməkdaşı Cəfərov Rəşad məni təhqir etdi. Bu adam istifadə etdiyimiz torpağa iddia edir. Mənə dedi ki, sən qaçqınsan, burda nə gəzirsən, get torpağını al, ya da ermənilərlə yaşa. Halbuki bizim ailədən şəhid də var, Qarabağ veteranı da. Eyni sözləri kənd icra nümayəndəsi Kamran Əsədov da təkrarladı. Bu torpağın kəndin digər sakini, Məmmədov Vüqar Sərxoş oğluna məxsus olduğunu dedi.

Həyatım təhlükədədir, bu adamlar məni hədələməkdən, təhqir etməkdən çəkinmirlər. İki gün öncə Daxili İşlər Nazirliyində məsul şəxsin qəbulunda oldum. Bu gün nazirlikdən Ağayev soyadlı polkovnik-leytenant gəldi. Bu şəxslər polkovnik-leytenantın yanında da məni təhqir etdilər. İnanıram ki, aidiyyəti qurumlar bununla bağlı tədbir görəcəklər. Çünki mənim başqa gedəcək yerim yoxdur, bu kənddə on ildir müəllim işləyirəm, böyük ailəyə baxıram. Amma bu adamlar mənim məcburi köçkün olduğumu əsas gətirib kənddən çıxmağımı istəyirlər”.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___