Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağamalıdan Quskanın “ginekoloq” eyhamına - Cavab
Tarix: 11-05-2016 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ağamalıdan Quskanın “ginekoloq” eyhamına - Cavab

Gəlinim mənə iynə vurub, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün yardım edib.

Bu sözləri "Xəbəraz.az "millət vəkili Fəzail Ağamalı sabiq deputat Hüseyn Abdullayevin sosial şəbəkədə ünvanına yazdığı məlumata münasibət bildirərkən deyib.

F.Ağamalının sözlərinə görə, H.Abdullayevin yazdıqları böhtandan başqa bir şey deyil:

“Bəli, mənə ilkin tibbi yardımı evdə göstərdilər. Hadisə baş verən gün kifayət qədər xoşagəlməz vəziyyət yaranmışdı. Olduqca gərgin durum vardı, təzyiqim yüksək idi. Bunun üçün birinci növbədə evə gəldim və mənə tibbi yardım göstərildi. Bunu da Tibb Universitetinin Terapiya fakültəsini bitirən, onun dediyi kimi, ginekoloq deyil, anestezioloq vəzifəsində çalışan gəlinim etdi. O, sadəcə məni pis durumdan çıxardı. Mənə iynə vurdu, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün ilkin yardım etdi.

Sabahı Neftçilər Xəstəxanasına gedib qeydiyyatdan keçdim. Dəqiq yadımda deyil, iki, ya üç sutka Neftçilər Xəstəxanasında yatdıqdan sonra Mərkəzi Klinikanın poliklinikasında bir aya yaxın müalicəni davam etdirdim. Bunu sübut edən sənədlər də var”.

Fəzail Ağamalı keçmiş həmkarının kişiyə yaraşan açıqlama vermədiyini də xatırladıb:

“O, yalan danışır. Onun dedikləri kişiyə yaraşan hərəkət deyil ki, kişi ilə kişi arasında olan məsələləri bu şəkildə gündəmə gətirməzlər. Bu, bir daha Hüseyn Abdullayevin hansı mənəviyyata malik olduğunu sübut edir. O unutmamalıdır ki, məhkəmə stenoqramında məndən, millət vəkillərindən və bütün Azərbaycan xalqından üzr istəməsi və digər məlumatlar hələ də qalır. Heç vaxt onun yaxınlarının mənə yaxınlaşması və digər məsələlər barədə nə isə dilimə gətirməmişəm.

Hüseyn Abdullayev konkret olaraq öz əməlinin hüquqi qiymətini aldı. Sadəcə, Ulu Öndərin ruhu onu tutdu. O, hamıya qarşı gedirdi. Çünki çox varlanmışdı. Hədsiz dərəcədə varidat sahibi idi, bütün keçmişini unutmuşdu. Onun inkişafında, bu var-dövləti qazanmasında rolu olan insanların zəhməti onun burnundan gəldi. O, heç kimi günahlandırmasın. Hər kəs öz əməlinə görə cavab verir. Düşünürəm ki, Hüseyn Abdullayev bu məsələləri yenidən gündəmə gətirməklə böyük allahsızlığa yol verir”.

Hüseyn Abdullayev Feysbuk səhifəsində aralarında yaşanan 2007-ci il davasından sonra Fəzail Ağamalıya ilkin tibbi yardımı “ginekoloq ixtisaslı” gəlininin etdiyini xüsusi eyhamla yazıb.

Xatırladaq ki, Milli Məclisdə yaşanan bu xoşagəlməz hadisədən sonra H.Abdullayev deputat mandatından məhrum edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdu.


Xəbəri paylaş

8748 dəfə oxunub.

Digər xəbərlər
19-06-2015, 14:21 Tebrik edirik

bütün xəbərlər
____ Instagram ___