Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağlanan bankların vergi borcu açıqlandı - Siyahı, Məbləğ
Tarix: 11-05-2016 | Saat: 14:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Bağlanan bankların vergi borcu açıqlandı - Siyahı, Məbləğ
Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var

Bu barədə APA-nın sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən "Evrobank" ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən "United Credit Bank" ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir.

Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə "Texnikabank" ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.

Qeyd edək ki, "Atrabank" ASC-nin, "Azərbaycan Kredit Bankı" ASC-nin, "Gəncəbank" ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. "Bank of Azerbaijan" və "Qafqaz İnkişaf bankı" ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___