Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gömrükdə külli miqdarda siqaret və telefon tutuldu
Tarix: 11-05-2016 | Saat: 11:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gömrükdə külli miqdarda siqaret və telefon tutuldu
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında xeyli miqdarda siqaret və mobil telefonlar aşkar olunub.

Komitədən"Xəbəraz.az " verilən məlumata görə, "Qoşa Təpə" gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı həmin avtomobilin kabinəsində arxa yataq yerinin üzərindəki döşəyin altından 20 min ədəd “MM” adlı siqaret, eləcə də 63 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 / 1StartStop


Xəbəri paylaş

6708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___