Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə kabel oğruları tutuldu
Tarix: 10-05-2016 | Saat: 19:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Tərtərdə kabel oğruları tutuldu
Tərtər rayonunda kabel oğruları tutulub.

Bu barədə Report-a Tərtər Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi Elvin Kərimov məlumat verib.

Onun sözlərinə görə, Tərtər Subartezian Quyuları İstismarı İdarəsinə məxsus 200 metrdən çox elektrik kabellərini oğurlayan şəxslər saxlanıb: "Belə ki, Tərtər rayon Əskipara kənd sakini Rasim Tapdıq oğlu Umudov və Goranboy rayon sakini Əli Ənvər oğlu Əliyev Tərtərin Əskipara, Qarağacı, Buruc, Evoğlu kəndlərinin subartezian quyularının elektrik kabellərini gecə saatlarında kəsib aparıblar. Nəticədə Tərtər Subartezian Quyuları İstismarı İdarəsinə 1 000 manata yaxın ziyan dəyib. Dostlar oğurladıqları mis kabelləri əridərək metal qəbulu məntəqəsinə satıblar və əldə etdikləri qazancı yarı bölüblər. Hazırda həmin şəxslər tutularaq istintaqa cəlb olunublar".

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___