Türkiyədə "Rəsul Rza" gəmisi suya buraxıldı
Tarix: 10-05-2016 | Saat: 15:19
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Bu gün Türkiyədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) aldığı “Rəsul Rza” quru yük gəmisində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin başçılığı ilə nümayəndə heyəti və qonaqlar iştirak ediblər.
AXDG-dən Report-a daxil olan xəbərə görə, tədbir Türkiyənin Yalova bölgəsindəki “Tersan” tərsanəsində keçirilib. R.Vəliyev AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmanın yenilənməsi kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə mütəmadi iş aparıldığını vurğulayıb. O bildirib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin xarici sularda fəaliyyəti 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub, 2015-ci ildə nəqliyyat donanmasının 3 gəmisi - “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə göndərilib, ötən ayda isə bu hövzədə istismar edilmək üçün 6 quru yük gəmisi alınıb: "Onlara böyük yazarların və qəhrəmanların adları verilib: “Rəsul Rza”, “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “General Aslanov” və “Qafur Məmmədov”. Bununla da Xəzərdənkənar hövzələrdə işləyən gəmilərin sayı 11-ə çatacaq".
Qeyd edək ki, yeni alınan gəmilər Rusiyada inşa edilib, “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Dedveyti 5 490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

15-05-2016, 04:26
"Barselona" İspaniya çempionu oldu
10-09-2017, 10:22
“Qarabağ”a qeyri-ciddi yanaşmırıq” – Qari Kehil
19-10-2016, 17:00
Səidə Sultandan Elnarəyə sərt CAVAB: "Onu istəyir ki, sirləri açım?"
17-04-2018, 20:58
Dövlət binasından QUMBARA TAPILDI - FOTO
14-05-2016, 01:50
Tərtərdə atışma davam edir - İcra başçısı
23-03-2023, 13:12
Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq
18-02-2020, 20:14
MSK-dan Bəxtiyar Hacıyevə cavab - 6 məntəqənin nəticələri ləğv olundu
11-12-2016, 11:14
"Vodafon Arena"da partlayış anı - CANLI YAYIN zamanı
25-07-2018, 17:04
"iPhone"ların daşınar kameraları olacaq - YENİLİK