Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BMT-dən Türkiyəyə inanılmaz - İttiham
Tarix: 10-05-2016 | Saat: 14:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


BMT-dən Türkiyəyə inanılmaz - İttiham
PKK terrorçuları Türkiyənin Cizrədə apardığı anti-terror əmliyyatlarından təbliğat vasitəsi kimi istifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatlarına həqiqətə uyğun olmayan məlumatlar ötürən separatçılar Türkiyə ordusunun nüfuzuna ləkə salmağa çalışır.

"Xəbəraz.az " xəbər verir ki, terrorçuların saxtakar fəaliyyəti bəzən öz “nəticəsini” verir. Hətta BMT nümayəndələri də PKK üzvlərinin sarsaq iddialarına inanaraq rəsmi Ankaraya təzyiq göstərməyə çalışır.

BMT-nin İnsan Haqları üzrə Ali komissarı Zeyd Raad Hüseyn Cizrədə aparılan anti-terror əməliyyatlarına münasibət bildirib. Qurum rəsmisi PKK terrorçularının yaydığı məlumatları payalaşaraq Türkiyəni günahlandırıb:

“PKK ilə əlaqəli qrupların Cizrədə və digər bölgələrdəki qanunsuz fəaliyyətini şiddətlə qınayıram. Lakin xalqı qorumaq vəzifəsini boynuna götürən təhlükəsizlik qüvvələri əməliyyat zamanı səlahiyyətlərindən sui-istifadə etməməlidir. İşgəncə, mühakiməsiz edam BMT qanunlarına ziddir. Cizrədə qadın və uşaqlar da daxil olmaqla silahsız vətəndaşların qəsdən öldürülməsi ilə bağlı məlumatlar alırıq. Bundan başqa, bəzi vəziyyətlərdə səlahiyyətlilərin yaralılara təcili yardımların çatdırılmasına icazə vermədiyi deyilir. Təhlükəsizlik qüvvələri tərəfindən 100-dən çox adamın yandırılaraq öldürüldüyünü əks etdirən iddialar var. Təhlükəsizlik qüvvələrinə müqavimət göstərən qruplar da daxil olmaqla bütün iddialar çox ciddi şəkildə araşdırılmalıdır.

Türkiyə hökuməti mənim ofisimə və BMT-nin digər nümayəndələrinə bölgəni ziyarət edib məlumat toplamağa icazə verməlidir. 2016-ci ildə belə geniş və əlçatan mövqedə olan bir bölgədə baş verənlər narahatlıq yaradır. Buna görə BMT işçilərinə, digər qeyri-hökumət təşkilatlarına və jurnalistlərə icazə verilməsi üçün Türkiyəyə növbəti dəfə çağırış edirəm”.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___