Məşhur şadlıq sarayının toy oyunu: müştərilər belə aldadılır
Tarix: 10-05-2016 | Saat: 12:09
Bölmə:Karusel / Gündəm / M2 / Reportaj | çapa göndər
Binəqədi rayonu 7-ci mikrorayon, ev 16 A, mənzil 17-də yaşayan Fazil Kərimov “Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadıldığını deyir. O, bununla bağlı saytımızın “Poçt qutusu”na yazıb.
"Xəbəraz.az " Publika.az-a istinadən xəbər verir ki, hər şey Fazil Kərimovun övladına toy etmək istəyindən sonra başlayıb: “Övladıma toy etmək üçün bizim ərazidə Binəqədi rayonu, Süleyman Sani Axundov 39 ünvanında yerləşən “Şahənşah” şadlıq sarayının Ramal adlı administratoruna müraciət etdim. Oğlumun toyunu mayın 6-a planlaşdırdım. O mənə bildirdi ki, “Şahənşah” şadlıq sarayında bizim qonaqlar tam yerləşə bilər. Ramala oğlan və qız toyunun bir yerdə olacağını, bu səbəbdən də mənə 600 nəfər qonağın yerləşə biləcəyi geniş zalın lazım olduğunu dedim”.
Administrator isə müştəriyə şadlıq sarayının zalında guya 500, amfiteatrda isə 180 nəfər yerləşdirməyin mümkün olduğunu deyərək onu şirnikləndirib: “Ramal məndən 100 manat beh aldı və həmin tarixdə toy üçün təminat verdi. O, mənə dairəvi masalarda 13 nəfər, düzbucaqlı masalarda isə 18 nəfərin yerləşdiyini dedi. Amfiteatrdakı masaların hər birində isə 20 nəfərin rahat yerləşdiyini bildirdi. Hesablamalara əsasən, belə qənaətə gəldim ki, “Şahənşah” şadlıq sarayında 620 nəfər yerləşə bilər. Ancaq şadlıq sarayına baxış keçirəndə məlum oldu ki, dairəvi masalarda 12 nəfər, düzbucaqlı masalarda isə 14 nəfər yerləşdirmək mümkündür. Bu qayda ilə hesabladıqda məlum oldu ki, Ramal məni aldadıb. Bununla razılaşmayıb behi geri istədikdə o məni təqsirkar hesab etdi və pulu verməyəcəyini bildirdi”.
“Şahənşah” şadlıq sarayının administratoru tərəfindən aldadılan müştəri pulunu geri istəsə də onu aldatmış administrator bu şadlıq sarayında toy etmək qərarından daşınmış vətəndaşın pulunu vermək istəmir.
Xəbəri paylaş
2 5348 dəfə oxunub.
Digər xəbərlər

23-09-2019, 09:33
Xızıda OLAY: Polis əməkdaşlarını tapança ilə hədələdi
17-04-2018, 17:13
Tunardan Çiçəyin açıqlamasına cavab-"Məcnun, Romeonun ruhuna fatiha!"
22-07-2022, 12:02
Qusarda ağacdan ərik yığan qız kanala düşərək boğulub
9-02-2022, 14:05
Məktəbin həyəti, yoxsa direktor Səidə Hacıyevanın inəklərinin örüş yeri ? - Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməlləri …
27-07-2017, 17:19
Bakıda sərnişin avtobusa velosipedlə mindi - Qalmaqal yaşandı - VİDEO
26-04-2017, 15:29
Özündən 28 yaş kiçik qızla evlənən polkovnik: "O, qız uşağıdır, heç vaxt toyu olmayıb"
30-04-2018, 10:33
Bələdiyyələrin də məktəbi olacaq
7-05-2016, 00:57
Dünyanı dəhşət içində ağladan 5 uşaq – Video
14-12-2018, 10:37
Barron Milli Məclisdə çağırış etdi: “Gəlin səhv etməyək!”
31-08-2015, 19:14
Erməni futbolçu Azərbaycana buraxılacaqmı?