Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məxfi Qarabağ planı: Putinin Bakı səfəri və...
Tarix: 10-05-2016 | Saat: 05:22
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Məxfi Qarabağ planı: Putinin Bakı səfəri və...

Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçiriləcək.

Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib. Politoloqun sözlərinə görə, Rusiya prezidentinin səfəri ilə bağlı ortaya atılan məlumatlar ermənilərin Putinə son yalvarışlarının nəticəsidir:

“Ermənilər Azərbaycan ordusunun məhz mayın 8-də Şuşa istiqamətində hücuma keçəcəyini nəinki gözləyirmiş, hətta Moskvanı da buna inandıra bilmişdilər. Rus hərbi kəşfiyyatı da müəyən məlumatlar toplamışdı ki, guya Azərbaycanın bütün silah növləri, hətta qırıcı təyyarələri də təmas xətti boyunca təlim uçuşları həyata keçirir və mayın ilk ongünlüyündə sözügedən hücum planı baş tuta bilər. Görünür, hər ehtimala qarşı Rusiyanın özü də bu məsələ haqqında dəqiq informasiya toplamadığından Putinin Bakıya gəlməsi xəbəri ilə hadisələri bir növ təxirə saldı. Putinin belə bir darmacalda, Qələbə bayramına hazırlaşdığı vaxtda Bakıya səfəri nəyisə həll edə bilməzdi. Bu dezinformasiya müəyyən mənada öz rolunu oynasa da, əslində, Azərbaycana Dağlıq Qarabağ üçün daha əlverişli şərait yaratdı. Qarabağ planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçirləcək”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətində diplomatik aktivlik müşahidə edilmədiyini deyən politoloq bu kontekstdə Medvedyevin Bakı görüşünə toxunub:

“Rusiyanın baş naziri Bakıda olanda Azərbaycanın bölgədə sülhün yaradılması ilə bağlı konseptual planı ilə tanış oldu. Aprel gərginliyi də sübut etdi ki, Azərbaycanın bu planı sırf ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlikdir. Laçın və Kəlbəcərin qaytarılmasının ikinci mərhələyə saxlanılması məsələsi Bakı tərəfindən rədd edildikdən sonra Rusiya bunu Azərbaycan tərəfinin maksimal mövqelərdə dayanması kimi qiymətləndirdi. Ermənistan isə bundan istifadə edərək mülki əhalimizi yenidən atəşə tutdu. Bütün bunlar isə Azərbaycanın irimiqyaslı təlimlər keçirməsinə təkan verdi. Təlimlər artıq başa çatmaq üzrədir, döyüş vəziyyəti isə yüksək səviyyədədir. Nə Ermənistan, nə Rusiya, nə də üçüncü bir dövlət bölgədə ədalətli sülh yaratmağa hazırdır. Bu isə bölgədə sülhün yalnız hərbi yolla mümkünlüyü fikrini gücləndirir”.


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___