Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Faşizm üzərində qələbə Lənkəran qeyd olundu - Foto
Tarix: 09-05-2016 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Faşizm üzərində qələbə Lənkəran qeyd olundu - Foto
Alman faşizmi üzərində tarixi qələbənin 71-ci ildönümü münasibətilə Lənkəran şəhərində təntənəli mərasim keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, səhər saatlarında Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, müharibə veteranları, rayonun hüquq-mühafizə azinfo”orqanlarının rəhbərləri Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə parkında davam etdirilib.

İcra baçısı Taleh Qaraşov müharibə veteranları ilə səmimi görüşüb, hal-əhval tutub, onları bayram münasibətilə təbrik edib və qəhrəmanın abidəsi önünə qərənfil dəstələri qoyub.

Şəhərdəki “Veteranlar klubu”nda bayram şənliyi keçirilib.

Böyük Vətən Müharibəsi veteranlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

T.Qaraşov daha sonra mənfur erməni təxribatçıları tərəfindən 20 faiz torpaqlarımızın işğal edilməsindən, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən, aprelin əvvəllərində rəşadətli Milli Ordumuzun erməni silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbədən, bir neçə strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin düşmən tapdağından təmizlənməsindən danışıb, tezliklə torpaqlarımızın geri qayıdacağına əminliyini ifadə edib.


Faşizm üzərində qələbə Lənkəran qeyd olundu - Foto
Faşizm üzərində qələbə Lənkəran qeyd olundu - Foto


Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
24-01-2019, 16:42 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___