Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aprel döyüşləri bir daha nümayiş etdirdi ki,..” - Prezident
Tarix: 09-05-2016 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Aprel döyüşləri bir daha nümayiş etdirdi ki,..” - Prezident
Mayın 9-da Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

"Xəbəraz.az " xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirdi. Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən Prezident builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayıb.

Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlət başçısı bu qələbə münasibətilə təbriklərini çatdırıb və deyib ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söyləyib. Vurğulayıb ki, Heydər Əliyev müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.

“Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir”, - deyən İlham Əliyev siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirib. Qeyd edib ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir.

İlham Əliyev bildirib ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.

Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən Prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söyləyib və bildirib ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk.

Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlət başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısı çıxışını “Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik” fikri ilə yekunlaşdırıb.


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
7-02-2018, 12:47 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___