Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni baş nazir cəbhə xəttində
Tarix: 09-05-2016 | Saat: 15:25
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Erməni baş nazir cəbhə xəttində
Qarabağda işgüzar səfərdə olan Ermənistanın baş naziri Ovik Abraamyan qoşunların təmas xəttində olub.

ANS-in verdiyi məlumata görə, Abraamyan cəbhə xəttindəki vəziyyətlə və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.

Baş nazir hərbi qulluqçularla söhbət edib və onlara öz təşəkkürünü bildirib.

Ovik Abraamyan Dağlıq Qarabağa ötən gün gəlib. O, səfəri çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) hökumətinin başçısı Bako Saakyanla görüşüb. Görüş zamanı təmas xəttindəki vəziyyət müzakirə edilib.

Son vaxtlar Ermənistan rəhbərliyinin və siyasi xadimlərinin Dağlıq Qarabağa səfərləri artıb. Sonuncu belə hadisə may ayının 2-də baş tutub. Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi"nin lideri Levon Ter-Petrosyan işğal altında olan Dağlıq Qarabağa gedib. O, qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüb.

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Aprelin 18-i baş tutan səfər zamanı Sarkisyan gecə saatlarında qondarma rejimin "rəhbərliyi" ilə müşavirə keçirib.

Müşavirədə separatçı rejimin rəhbəri Bako Saakyan, eləcə də hərbçilər iştirak ediblər. Bu zaman təmas xəttindəki hərbi vəziyyət də müzakirə edilib.

Erməni baş nazir cəbhə xəttində


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___