DTX “Heydər zirvəsi”nə yürüş etdi - Foto
Tarix: 09-05-2016 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə "Heydər zirvəsi"nə yürüş ediblər.
Xidmətdən məlumata görə, yürüş iştirakçıları olan DTX əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra Bakı şəhərindən Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan "Heydər zirvəsi"nə yürüşə başlanılıb.
Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhvali-ruhiyyəsi ilə mayın 8-də Ulu Öndərin adını daşıyan "Heydər zirvəsi"nə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

5-03-2017, 16:26
9-cu siniflər imtahan verdilər - YENİLƏNİB
9-10-2020, 10:22
Ermənilərin daha 6 tankı ələ keçirildi - RƏSMİ
19-10-2018, 14:13
“Əvvəllər asan idi, indi dar geyinirlər” - Keçmiş cibgirin ETİRAFI
27-06-2015, 16:18
Ərdoğan: “Bu dövlətin qurulmasına icazə verməyəcəyik”
1-01-2017, 14:16
İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB
15-11-2015, 11:34
Baş məşqçidən Rəşad Sadıqovla bağlı AÇIQLAMA
11-10-2021, 09:19
Göygöldə baş verən ityarışı ilə bağlı vəhşilik nəzarətə götürüldü
28-02-2019, 12:32
BQXK Dilqəm və Şahbaza baş çəkdi
14-01-2017, 10:52
Bahalaşma ilə bağlı rəsmi açıqlama verildi