Şəhidimiz dəfn olundu - Foto
Tarix: 09-05-2016 | Saat: 14:13
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, kapitan Nəcməddin Savalanov bu gün İmişli rayonunda torpağa tapşırılıb.
Report xəbər verir ki, şəhid zabitimizin doğulduğu Göbəktala kəndində dəfn mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər.
Şəhid zabitimizin ruhuna dualar oxunub. Sonra şəhid zabit əsgərlərin yaylım atəşləri altında doğulduğu Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid zabitimizin iki övladı yadigar qalıb.
Qeyd edək ki, Nəcməddin Akif oğlu Savalanov bu il aprelin 4-də Tərtər istiqamətində işğalçı ermənilərə qarşı döyüş əməliyyatları zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 31 yaşlı kapitan mayın 8-də Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
6578 dəfə oxunub.
Digər xəbərlər

9-07-2017, 10:52
"Mənimlə evləndiyi üçün bəxti gətirən Tarkandır"
7-08-2018, 14:46
Temperatur enəcək, külək güclənəcək - XƏBƏRDARLIQ
15-12-2018, 16:56
"Sərxan sizə kişiliyini sübut edər"
26-08-2015, 20:08
“YouTube”dan yenilik
13-12-2021, 11:25
Qarabağ veteranını aldadıb 32 minini aldılar - Foto
26-04-2015, 22:52
Sabahın hava Proqnozu
5-10-2015, 13:40
Qaxda kişini ölümdən son anda qızı xilas etdi
7-05-2015, 19:29
Putin İlham Əliyevi təbrik etdi
30-01-2016, 17:48
Uşağınız bağçaya gedəndə ağlayır? – Valideynlərə psixoloq məsləhəti
20-04-2016, 16:34
Bir neçə məmur işdən çıxarıldı